BAKI, 29 sentyabr. TELEQRAF

Bu ilin 8 ayında banklar 28 milyard 704 milyon manat kredit qoyluşu reallaşdırıb.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat ayında bankların kredit portfeli 0.7% və ya 206.7 mln. manat artıb.

Kreditlərin 24,4 faizi dövlət bankları, 69,9 faizi özəl banklar tərəfindən ayrılıb. Kredit portfelinin strukturuna gəlincə, biznes kreditləri – 52.6% (15,091.8 mln. manat), istehlak kreditləri – 31.7% (9,114.5 mln. manat), ipoteka kreditləri – 15.7% (4,498.6 mln. manat) təşkil edib.

Kreditlərin 530,9 milyon manatının vaxtı keçib. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 18,2%, son 1 ildə isə 12,2 % artıb.

Qeyd edək ki, 28 milyard 704 milyon manat kreditin 21 milyard 813 milyon manatı paytaxtın payına düşüb.