BAKI, 27 sentyabr. TELEQRAF
Qızıl yenidən rekord səviyyədə bahalaşıb.
Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.01% artaraq 3,809 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 3.42% artaraq 46.65 ABŞ dolları təşkil edib.