BAKI, 26 sentyabr. TELEQRAF

Füzuli şəhərinin magistral su xətləri yenilənəcək. Şəhərin tullantı, yağış kollektorları və qurğularının tikintisinin LS sənədləri hazırlanaraq tikintisi aparılacaq.

Teleqraf xəbər verir ki, görüləcək işlərin dəyəri 17 milyon 450 min 725 manat müəyyən edilib.

Sifarişçi “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsdir.

Qurum Ağdam şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədləri əsasında tullantı su təmizləmə qurğusunun tikintisi üzrə də sifariçi müəyyən edilib. Bu istiqamətdə 53 milyon 290 min 298 manat xərclənməsi nəzərdə tutulub.

Beləliklə, iki layihə üzrə 70 milyon 741 min 23.6 manat xərclənməsi nəzərdə tutulur.