BAKI, 26 sentyabr. TELEQRAF

Tikintisi yarımçıq qalmış su təmizləyici qurğunun fəaliyyət göstərməməsinə baxmayaraq Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyi bəzi ərazilərdə abonentlərin balansında su ölçü cihazlarının quraşdırıb. Əhalidən içməli suyun istifadəsinə görə vəsait toplayıb.

Teleqraf xəbər veri ki, bu barədə Hesablama Palatasının Agentliyin tabeli qurumlarında dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarə edilməsinə dair uyğunluq auditinin nəticələrinə dair məlumatda qeyd olunub.

Bildirilib ki, audit qrupu tərəfindən suvarma suyunun mənbələrində verilən suyun həcminin ölçülməsi üçün hesablamalar həyata keçirilib. Alınan nəticələrə əsasən Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatı ilə müqayisə edildikdə 2023-cü ildə suvarma suyu üzrə itki tələb olunan suya nisbətdə 1.7 dəfə çox, 2024-cü ildə 1.4 dəfə çox olub.