MİNGƏÇEVİR, 26 sentyabr. TELEQRAF

İlkin hesablamalara görə, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq. O cümlədən, bu istiqamətlər üzrə səfər edən, Mingəçevir və Gəncə, Tovuz, Ağstafa, Goran, Dəllər və Qovlarda yaşayan insanlar üçün mobillik imkanları genişləndiriləcək.

Teleqraf-ın Mingəçevirə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədrinin müavini Arif Ağayev Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə çıxışında bildirib.

"Əminliklə deyə bilərik ki, bu marşrut daha çox Mingəçevir əhalisinin rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə, Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına, tanıdılmasına şərait yaradacaq", - deyə o qeyd edib.