BAKI, 26 sentyabr. TELEQRAF

Teleqraf xəbər verir ki, təmir işləri ilə bağlı daha iki şirkətlə "Ulduz Park" və “Tutto Bello" Məhdud Məsuliyyətli Cəmiyyət ilə müqavilələr imzalanıb.

Teleqraf xəbər verir ki, müqavilələrin ümumi dəyəri 1,5 milyon manatdır.

Qeyd edək ki, cəmi 4 il əvvəl 2021-ci ildə yaradılan "Ulduz Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi isə Əsəd Məmmədovur. Şirkət bundan əvvəl 5.6 milyon manata Ağdərə rayonu, Aşağı Oratağ kəndində bir sıra fərdi yaşayış evlərinin cari təmiri işlərini aparıb.

2018-ci ildə yaradılan "Tutto Bello" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 200 manatdır, qanuni təmsilçisi isə Anar Məmmədovur. "Tutto Bello" bundan əvvəl 1.7 milyon manata Ağdərə rayonu, Çapar kəndində bir sıra fərdi yaşayış evlərini təmir edib.

Onu da bildirək ki, ilin ikinci yarısından Xankəndində yaşayış və qeyri yaşayış sahələrinin kütləvi təmirinə başlanılıb. 12 şirkətlə müqavilələr imzalanıb.