BAKI, 26 sentyabr. TELEQRAF
ADY artan sərnişin tələbatını qarşılamaq üçün 27 sentyabrda Bakı–Ağstafa, 28 sentyabrda isə Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfərlər təşkil olunur.
Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.