BAKI, 25 sentyabr. TELEQRAF
Sabahdan etibarən Bakıdan Ağdama müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq.
AYNA-dan Teleqraf-a verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək avtobusların son dayanacaq məntəqəsi Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir. Marşrut xətti üzrə aralıq məntəqə olaraq Quzanlı qəsəbəsi təyin edilib.
Avtobuslar Bakıdan Ağdama hər gün saat 08:50-də, əks istiqamətdə isə saat 08:00-da yola düşəcək. Bir istiqamət üzrə gediş haqqı 13,90 AZN təşkil edir.
Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.