BAKI, 17 sentyabr. TELEQRAF

Bu ilin birinci yarısında təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 0.9 milyard dollar məbləğində qiymətləndirilib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Tədiyə balansı hesabatında qeyd olunub.

Məlumata görə, daxilolmalar 590.6 milyon dollar, ödənişlər isə 308.4 milyon dollar olub.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 90.4%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 4.7%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 4.9%-ni isə digər daxilolmalar təşkil edib.

Hesabata əsasən, ölkəyə göndərilən pul baratlarının həcmi 6% daralaraq 534.0 milyon dollar , ölkədən köçürülən pul baratlarının həcmi isə 8.3% azalaraq 238.2 milyon dollar olub.

Nəticədə pul baratları üzrə 295.8 milyon dollar müsbət saldo yaranıb.