BAKI, 17 sentyabr. TELEQRAF
Bu ilin birinci yarısında xidmətlər balansında 1,1 milyard dollarlıq kəsir yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistika departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, kəsir ötən ilin müvafiq dövrünə nisbətən təxminən 5,7% azalıb.
"Bu dövrdə nəqliyyat xidmətlərinin profisiti isə 53 faiz artaraq 856,4 milyon dollar təşkil edib" - deyə o əlavə edib.