BAKI, 17 sentyabr. TELEQRAF

Bu ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,4 faiz artaraq 1007,1 milyon manat olub.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 584,2 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58 faizini təşkil edib.