BAKI, 16 sentyabr. TELEQRAF
2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 44 milyard 825,3 milyon manat, xərclərinin isə 48 milyard 683,1 milyon manat olacağı gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2 % və 2,2 % çoxdur.
Son nəticədə icmal büdcəsində 3 milyard 857,8 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 4,9 % çoxdur.