BAKI, 8 sentyabr. TELEQRAF
Bu ilin yanvar–avqust aylarında Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 3 milyon manatdan çox olub.
Dövlət vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artıb.
Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 20,2 milyon manatdan artıq təşkil edib ki, bu da 2024-cü ilin yanvar–avqust ayları ilə müqayisədə 10,3 faiz artım deməkdir.