BAKI, 1 sentyabr. TELEQRAF
Xocavənd rayonunun Hadrut qəsəbəsində 2-ci mərhələ üzrə 36 ədəd fərdi yaşayış evi təmir ediləcək.
Teleqraf xəbər verir ki, yaşayış evlərinin ümumi sahəsi 6 058,8 kvadratmetr təşkil edir. Təmir işləri "Real İnşaat" MMC tərəfindən 2 milyon 102 min 266 manata icra ediləcək.
İşlərin görülməsinə bu ayın 22-dən başlanılıb, gələn ilin yanvar ayına qədər başa çatdırılması planlaşdırılır.
Əlavə olaraq, Ağdamda 5-ci yaşayış massivi, məhəllə O-139 üzrə binalar tikiləcək. "Diler İnşaat" Qapali Səhmdar Cəmiyyəti tikintini 7 milyon 818 min 565 manata icra edəcək.
Şəhərdə O-129 üzrə binaların tikintisinə 8 milyon 775 min 244 manat xərclənəcək. İşləri "El-Seym İnşaat" Qapali Səhmdar Cəmiyyəti icra edəcək.
Hər iki müqavilə üzrə tikinti işlərinin icrasına bu gündən start verilib, gələn ilin oktyabr ayına qədər işlərin yekunlaşması nəzərdə tutulur.