BAKI, 29 avqust. TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Gömrük Komitəsinə məxsus toplam 56 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

Teleqraf Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, buraxılış illəri 2002-2003-cü illəri əhatə edən nəqliyyat vasitələrinin hərracda ilkin satış qiymətləri 89 min 600 manat təşkil edir.

Hərrac oktyabrın 2-si saat 10:00-da keçiriləcək.

Qeyd edək ki, əvvəlki hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitələri 2-ci dəfə təkrar satışa çıxarılır.