BAKI, 26 avqust. TELEQRAF
Abşeron Rayon İcra Hakimiyyəti rayonun yollarını 1 milyon 464 min 279 manata əsaslı təmir etdirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, qurum müvafiq işlər üzrə tender elan edib və podratçı axtarışındadır.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi sentyabrın 24-dür. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.