BAKI, 26 avqust. TELEQRAF
Bu ilin yanvar-iyun aylarında Azərbaycan dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmasından 130 milyon 79 min manat gəlir əldə edib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz artım deməkdir.
Birinci yarımildə dəniz nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 129 milyon 956 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,1% çoxdur.
Hesabat dövründə dəniz nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan gəlir isə 123 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,7 dəfə azdır.