BAKI, 25 avqust. TELEQRAF

"Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi Xocavənd şəhəri və Xocavənd kəndi ərazisində yaşayış evlərinin layihələndirilməsinə 1 milyon 960 min 263 manat vəsait ayırıb.

Teleqraf xəbər verir ki, layihələndirmə işləri “Era - Design Group” MMC-yə həvalə edilib.

Qeyd edək ki, müvafiq işlərin icrasına bu ayın 4-dən başlanılıb, noyabr ayına qədər bitməyi planlaşdırılır.

“Era - Design Group” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Muxtarov Mahir Eminağa oğludur.