BAKI, 25 avqust. TELEQRAF

Energetika Nazirliyi Laçın rayonunda yerləşən “Mişni” və “Alxaslı” kiçik su-elektrik stansiyalarında (KSES) istehsal edilən ümumi elektrik enerjisinin həcmini açıqlayıb.

Teleqraf xəbər verir ki, məlumata görə, ümumi gücü 8,25 MVt olmaqla hər biri 4,125 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Mişni” KSES-də istismara verildiyi tarixdən 38,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Ümumi gücü 6 MVt olan, hər biri 3 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Alxaslı” KSES-də isə istismara verildiyi tarixdən iyulun 1-dək 25,6 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

Qeyd edək ki, Laçında Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən “Mişni” və “Alxaslı” kiçik su-elektrik stansiyaları 2023-cü il avqustun 25-də istismara verilib.

Stansiyalarda yaşıl enerji də istehsal edilir.