BAKI, 21 avqust. TELEQRAF
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti 100 MVt-lıq günəş elektrik stansiyaların enerjisistemə inteqrasiyası ilə əlaqədar 110 kV-luq 2 dövrəli elektrik veriliş xətlərinin tikintisinə ilə 24 milyon 165 min 668 manat vəsait ayırıb.
Teleqraf xəbər verir ki, tikinti işləri "Azərelektrik Tikinti Quraşdırma" MMC-yə həvalə edilib.
Müvafiq işlərin icrasına bu gündən başlanılıb, 2026-cı ilin avqustuna qədər bitməyi planlaşdırılır.
Qeyd edək ki, "Azərelektrik Tikinti Quraşdırma" MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçsisi Əşrəfzadə Mustafa Ziya oğlu olan şirkətin nizamnamə kapitalı 10 manatdır.