BAKI, 19 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul aylarıda Azərbaycanda 15,9 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 81,3 faiz artıb.

Hesabat dövründə 9 milyon 472 min manatlıq dərman, 1,9 milyon ədəd tibbi maska istehsal olunub ki, bu da müvafiq olaraq ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz və 26,7 faiz artım deməkdir.

Avqustun 1-nə olan dərman ehtiyatının dəyəri 480,3 min manat təşkil edib.

Onu da bildirək ki, cari ilin yanvar-iyul aylarında ölkəyə 313 milyon 876.36 min ABŞ dolları dəyərində 11 min 543.95 ton əczaçılıq məhsulları idxal edilib.