BAKI, 15 avqust. TELEQRAF
Maliyyə Nazirliyi növbəti depozit hərracı təşkil edib.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün təşkil edilən hərracda 400 milyon manatlıq vəsait yerləşdirilib.
Vəsait kapitallaşma və aktivlərinin həcminə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.