BAKI, 12 avqust. TELEQRAF

"Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsi Laçın şəhərinin daxili yollarının 2 mərhələ üzrə layihələndirməsinə 1 milyon manat vəsait ayrırıb.

Teleqraf xəbər verir ki, layihələndirmə işləri "Project Centre" MMC-yə həvalə edilib.

Müvafiq işlərin icrasına ötən ayın 21-dən başlanılıb, bu ilin sonuna qədər bitməyi planlaşdırılır.

Qeyd edək ki, "Project Centre" MMC-nin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi isə Novruzov Yusif Əlinağı oğludur. Şirkət daha əvvəl Tərtərçay üzərində körpünün, Kür çayı üzərində avtomobil körpüsünün və Ukrayna dairəsində yerüstü piyada keçidinin layihələndirilməsini həyata keçirib.