BAKI, 8 avqust. TELEQRAF

Maliyyə Nazirliyi növbəti depozit hərracı təşkil edib.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün təşkil edilən hərracda 200 milyon manatlıq vəsait yerləşdirilib.

Vəsait kapitallaşma və aktivlərinin həcminə görə ölkənin ən iri beş bankından birində, 28 günlük müddətə və 7% orta çəkili faiz dərəcəsi ilə depozitə qoyulub.