BAKI, 7 avqust. TELEQRAF
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 1 müəssisə, 12 nəqliyyat vasitəsi satılıb.
Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 35 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.
Hərracda özəlləşdirilən müəssisə - əvvəllər kərpic zavodu kimi fəaliyyət göstərmiş obyekt Şəki rayonunun Daşüz kəndində yerləşir. Sahəsi 14.900 kvadratmetr, torpaq sahəsi 85.368 kvadratmetr olan əmlak 1 mln. manata satılıb.
Bu ay ərzində növbəti hərraclar 12 və 19 avqust tarixlərində keçiriləcək.