BAKI, 7 avqust. TELEQRAF

Bakı Metropoliteni iyul ayında 16 milyon 192 min 423 nəfər sərnişinə xidmət göstərib.

Bakı Metropoliteni QSC-dən Teleqraf-a verilən məlumata görə ay ərzində ən çox sərnişin daşınan gün iyulun 1-i olub - 643 756 nəfər.

Ən sakit gün isə iyulun 20-si qeydə alınıb, həmin gün metrodan 336 702 sərnişin istifadə edib.

İyul ayında ən çox sərnişin 1 576 206 nəfər olmaqla “Koroğlu” stansiyasından istifadə edib. Ən az sərnişin isə 744 692 nəfər olmaqla “Elmlər Akademiyası” stansiyasında qeydə alınıb.