BAKI, 4 avqust. TELEQRAF
2024-cü istifadə olunan materialların qiymətində, həmçinin əməkhaqqılarda olan artımlar “AzerGold” QSC-nin satdığı qızılın maya dəyrinin əvvəlki dövrə nisbətən 23% və ya 21.40 milyon ABŞ dolları artımına səbəb olub.
Teleqraf qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, xərc istiqamətləri əsasən amortizasiya, partlayış, daşınma və tullantıların idarə olunması, material və kimyəvi reagent xərclər olub.
2024-cü ildə “AzerGold” QSC-nin amortizasiya xərcləri əvvəlki illə müqayisədə 10.98 (artımın 51%-i) milyon ABŞ dolları artaraq 46.24 milyon ABŞ dollarına çatıb.
Hesabat ilində filiz hasilatının 14% artması partlayış və daşınma işlərinin həcmini artırmış, bu da öz növbəsində 2.67 (artımın 12%-i) milyon ABŞ dolları əlavə xərc formalaşdıraraq ümumi göstəricini 23.14 milyon ABŞ dollarına çatdırıb.
Eləcə də daha mürəkkəb geoloji struktura malik sulfid filizlərinin “Carbon-In-Leach” (CIL) texnologiyası ilə istehsal həcminin artması, eləcə də qlobal bazarlarda qiymət artımı nəticəsində bu kateqoriya üzrə xərclər 5.12 (artımın 24%-i) milyon ABŞ dolları yüksələrək 10.94 milyon ABŞ dollarına çatıb.