BAKI, 4 avqust. TELEQRAF

“AzerGold” QSC-nin öhdəlikləri 2023-cü ildəki 150 milyon 887 min dollardan 2024-cü ildə 88 milyon 566 min dollara düşüb ki, bu da 41,29%-lik azalma deməkdir.

Teleqraf xəbər verir ki, öhdəliklərin daralmasına borc vəsaitlərinin azalması təsir göstərib.

Belə ki, 2023-cü ildə “AzerGold”nin qısamüddətli borc vəsaitləri 35 milyon 925 min dollar təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 3 milyon 155 min dollar olub. Bu da 91.22% azalma deməkdir.

QSC-nin uzunmüddətli borc vəsaitləri isə 57 milyon 137 min dollardan 25 milyon 242 min dollara düşüb. Bu isə 55.8% azalmaya bərabərdir.

Qeyd edək ki, 2024-cü ildə Qrupun mövcud bank kreditlərinin 69%-i, yəni 64,66 milyon dolları tam şəkildə geri ödənilib. Bu, Qrupun borc yükünün əhəmiyyətli dərəcədə azalmasına və nəticədə borc/kapital nisbətinin 0,29-dan 0,07-yə düşməsinə səbəb olub.