BAKI, 22 iyul. TELEQRAF

Bu ilin birinci yarısında Naxçıvanın dövlət büdcəsinin gəlirləri 213,2 milyon manat, xərcləri 203,2 milyon manat təşkil edib.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 milyon manat və ya 18,3 faiz azalıb.

Xərcləri isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 milyon manat və ya 6,1 faiz artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat icra olunub. Hesabat dövründə icmal büdcədə 4 milyard 764,2 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.