BAKI, 19 iyul. TELEQRAF

Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələri üçün 4 milyon manatlıq tibbi avadanlıqlar alınacaq.

Teleqraf xəbər verir ki, bu barədə Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi açıq tender elan edib.

Tenderin ehtimal olunan qiyməti 4 milyon 6 min 862 manatdır.

Qeyd edək ki, təchizatçılar təkliflərini təqdim etmək üçün 1000 manat iştirak haqqı ödəməlidirlər. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi avqustum 18-nə təyin olunub.