BAKI, 19 iyul. TELEQRAF
Azərbaycan 2025-ci ilin birinci yarısında 92 milyon 373.95 min ABŞ dolları dəyərində 316 min 877.61 ton azot gübrəsi ixrac edib.
Teleqraf xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədən azot gübrəsinin ixracında 17.22% artım olub. Dəyər ifadəsində isə bu artım 75.53% olub.
Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayında Azərbaycandan 52 milyon 629.13 min dollar dəyərində 270 min 324.65 ton azot gübrəsi ixrac edilmişdi.
Cari ildə ümumi ixracının 0.72%-i, qeyri-neft sektoru üzrə ixracın isə 5.27%-i azot gübrəsinin payına düşüb.