BAKI, 17 iyul. TELEQRAF

Mərkəzi Bank “Qala Sığorta” ASC və “AzSığorta” ASC-yə icrası məcburi sərəncam verdi.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, hər iki sığorta şirkətində aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması aşkarlanıb. Bununla da “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, sözügedən sığorta şirkətlərinə icrası məcburi sərəncamlar verilib.

Əlavə olaraq, AMB-nin monitorinqi zamanı reyestrə daxil edilmiş bir sıra müstəqil ekspertlərin reyestr məlumatlarını yeniləmədiyi və icbari sığorta növü üzrə fəaliyyətlərini İcbari Sığorta Bürosunun sistemi vasitəsilə həyata keçirmədiyi müəyyən edilib. Bu səbəbdən, həmin müstəqil ekspertlərə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən icrası məcburi göstəriş verilib.