BAKI, 16 iyul. TELEQRAF
Mərkəzi Bank “AtaSığorta” ASC və “A-Qroup Sığorta Şirkəti” ASC-yə icrası məcburi sərəncam verib.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, hər iki sığorta şirkətindən aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması üzə çıxıb.
Bununla da, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən hər iki ASC-yə icrası məcburi sərəncamlar verilib.
Xatırladaq ki, bundan əvvəl də Mərkəzi Bank tərəfindən “AtaSığorta” ASC-də aparılan monitorinq zamanı aşkar edilən kibertəhlükəsizlik tələblərinin pozulması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “AtaSığorta” ASC-yə icrası məcburi göstəriş verilib.