BAKI, 9 iyul. TELEQRAF

İlin ikinci yarısında OPEC-ə daxil olmayan ölkələrdən neft tədarükü artacaq, həmçinin neftə tələbat 1% yüksələcək.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin rəhbəri Mürrey Aukinkloss Vyana şəhərində keçirilən OPEC-in 9-cu Beynəlxalq Seminarında bildirib.

“Ümumilikdə, tələbatda 1 faizlik sağlam artım müşahidə edirik”, – deyə o qeyd edib.

Oçinkloss neft tədarükünün də artacağına ümid etdiyini bildirib:

“Gündəlik 1,2 milyon barel neft OPEC-ə daxil olmayan ölkələrdən gələcək”, – deyə o vurğulayıb. Onun sözlərinə görə, OPEC+ ölkələri də hasilatı artırır. BP rəhbəri əlavə edib ki, 2026-cı ildə neftə tələbatda azalma gözlənilmir.