BAKI, 8 iyul. TELEQRAF

2024-cü ilin 31 dekabr tarixinə Dövlət Neft Şirkətinin (SOCAR) cəmi öhdəlikləri 46,044 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24.04% artım deməkdir.

Teleqraf SOCAR-ın maliyyə hesabatına istinadən xəbər verir ki, qurumun uzunmüddətli öhdəlikləri 37.89% artaraq 24,195 milyon manat təşkil edib.

Ötən il SOCAR-ın cəmi cari öhdəlikləri isə 21,849 milyon manata bərabər olub. Burada artım 11.64%-dir.