BAKI, 5 iyul. TELEQRAF

“AzerGold” QSC fəaliyyət göstərdiyi 9 il ərzində qiymətli metalların daxili və xarici bazarlarda satışından ümumilikdə 1 milyard 690 milyon manatdan çox gəlir əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə “AzerGold” QSC məlumat yayıb.

Məlumata görə, məbləğin 1 milyard 592 milyon manata qədəri ixrac əməliyyatları, 98 milyon manatdan çox hissəsi yerli bazarda topdan və pərakəndə satış hesabına formalaşıb.