BAKI, 5 iyul. TELEQRAF
2016-2025-ci illər ərzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ümumilikdə 522 711 unsiya qızıl və 988 717 unsiya gümüşün satışını həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Məlumata görə, satışlar həm yerli, həm də beynəlxalq bazarlarda reallaşdırılıb.
Qeyd edək ki, “AzerGold” QSC 5 iyul 2016-cı il tarixində yaradılıb. Şirkət metal filizlərinin axtarışı, kəşfiyyatı, hasilatı və emalı sahəsində fəaliyyət göstərir.