BAKI, 4 iyul. TELEQRAF

İyun ayında ət, süd məhsulları və bitki yağlarının qiymətlərindəki artımın təsiri ilə qlobal ərzaq məhsullarının qiymətlərində cüzi artım müşahidə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında qeyd olunub.

Məlumata görə, ərzaq qiymət indeksi iyun ayında əvvəlki ayla müqayisədə 0,5 faiz artaraq 128,0 bənd səviyyəsində qərarlaşıb.

Digər bir hesabatda isə, FAO 2025-ci ildə qlobal taxıl istehsalının 0,5 faiz artaraq 2 milyard 925 milyon tona çatacağını proqnozlaşdırıb.

Bu göstərici 2024-cü ildəki 2 milyard 911 milyon tonla müqayisədə artım deməkdir.