BAKI, 2 iyul. TELEQRAF
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi "Nerma Linsberger ZTGMBH" şirkəti ilə 1 milyon 262 min 272 manatlıq müqavilə bağlayıb.
Teleqraf xəbər verir ki, Nerma Linsberger ZTGMBH şirkəti bu məbləğ qarşılığında Ağdam şəhərinin 1-ci yaşayış məhəlləsinin tikintisi üzrə layihələndirmə işlərini həyata keçirəcək.
Müvafiq işlərin icrasına mayın 30-dan başlanılıb, gələn ilin mart ayının 31-ə qədər bitməyi nəzərdə tutulur.