BAKI, 30 iyun. TELEQRAF

30 iyun-6 iyul tarixlərində dövlət tədbiri ilə əlaqədar “Yolumuz Qarabağ”a portalından işğaldan azad olunmuş 9 istiqamət üzrə (Suqovuşan, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Laçın) gedişlər ləğv olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, bu barədə vətəndaşlara əvvəlcədən SMS bildiriş göndərilib.

Qeyd edək ki, Zəngilan və Cəbrayıl rayonlarına səfərlə bağlı isə heç bir məhdudiyyət tətbiq olunmayıb.