BAKI, 30 iyun. TELEQRAF

2025-ci ilin yanvar-may aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,8% artaraq 3613,9 milyon manat olub.

Bu barədə Teleqraf-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3133,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 86.7%-ni təşkil edib.