BAKI, 30 iyun. TELEQRAF

2025-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1% artıb.

Bu barədə Teleqraf-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1385,9 manat təşkil edib.