BAKI, 30 iyun. TELEQRAF
2025-ci ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 18,2% artaraq 750,3 milyon manat olub.
Bu barədə Teleqraf-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 399,6 milyon manat olub, bu da ümumi dövriyyənin 53,3%-ni təşkil edib.