BAKI, 28 iyun. TELEQRAF

2024-cü ildə "Azərbaycan Diasporuna Dəstək Fondu" Publik Hüquqi Şəxsin xərcləri gəlirlərini üstələyib.

Teleqraf xəbər verir ki, ötən il qurumun gəlirləri 2023-cü illə müqayisədə 49,9 % azalaraq 1 milyon 198 min 853 manat təşkil edib. Belə ki, fond 2023-cü ildə bu rəqəm 2 milyon 393 min 129 manat gəlir əldə etmişdi. .

Qurumun qeyri-kommersiya əməliyyatlarından gəlirlər 2023-cü illə müqayisədə 1 milyon manatdan çox azalaraq 1 milyon 162 min 182 manat olub. Digər tərəfdən qurumun sair gəlirləri 2023-cü ildə 185 milyon manatdan çox olmuşdusa, 2024-cü ilin sonunda bu rəqəm cəmi 36 milyon 671 min manat təşkil edib.

Hesabat ilində fondun xərcləri gəlirlərini üstələyib. Belə ki, ötən il fond 1 milyon 201 min manat xərcləyib.

Fonda cəmi daxilolmalar illik müqayisədə 2,440 milyon manatdan 1,198 milyon manata düşüb.

"Azərbaycan Diasporuna Dəstək Fondu" ötən ili 2 min manat zərərlə başa vurub.