BAKI, 27 iyun. TELEQRAF
Bu ilin yanvar-may ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişi həyata keçirən “Paşa Həyat Sığorta” olub.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, şirkət rüb ərzində 177 milyon 454 min manat ödəniş aparıb.
Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” (55 milyon 794 min manat) ikinci, “Atəşgah Həyat sığorta (22 milyon 176 min manat) üçüncü ən çox sığorta ödənişi edən şirkətlər olub. Siyahıda bu şirkətləri “Atəşgah” sığorta (16 milyon 623 min manat), “Qala Sığorta” (10 milyon 254 min manat) izləyib.
Ümumilikdə, dövr ərzində sığorta şirkətləri tərəfindən 314 milyon 788 min manat sığorta ödənişləri həyata keçirilib.