BAKI, 24 iyun. TELEQRAF
Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Teleqraf-a verilən məlumata görə, 25 iyun tarixində aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq həmin hissədə avtonəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılması nəzərdə tutulur.
Qurum yolun tam bağlanmadığını və sürücülərə sözügedən ərazidə hərəkət zamanı diqqətli olmalarını, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edir.