BAKI, 20 iyun. TELEQRAF

Ötən ilin avqustunda Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən imzalanan Müttəfiqlik Münasibətləri haqqında Müqavilə həm ikitərəfli münasibətlər, uzun illər regional siyasətin müəyyən edilməsi istiqamətində böyük addımdır.

Teleqraf xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən III Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib:

"Mayda Quba şəhərində II Regionlararası Forum keçirilmiş, onun çərçivəsində Füzuli və Gülüstan, Biləsuvar və Tərmiz, Mingəçevir və Namanqan şəhərləri arasında qardaşlaşma sazişləri imzalanıb. Xüsusilə qeyd etmək istərdim ki, layihələrin əksəriyyəti ölkələrimizin regionlarında həyata keçirilir. Bu, təkcə milli prioritetlərə dəstək kimi deyil, həm də davamlı və qarşılıqlı faydalı tərəqqi üçün müstəqil mexanizm kimi regionlararası əməkdaşlığın bu gün oynadığı mühüm rolun əyani təsdiqidir".

Nazir bildirib ki, ixracın təşviqi, investisiya əməkdaşlığının inkişafında Azərbaycanın Özbəkistandakl Ticarət Nümayəndəliyinin rolu mühüm olub.