BAKI, 19 iyun. TELEQRAF

Cari ilin yanvar-may aylarında Naxçıvanda 209 milyon 445 min 400 manatlıq sənaye məhsulu istehsal edilib.

Teleqraf xəbər verir ki, bu ötən ilin müvafiq dövründəki göstəricidən 3,6 faiz çoxdur.

İstehsal olunan sənaye məhsulunun 173 milyon 95 min 700 manatı və ya 82,6 faizi malların, 36 milyon 349 min 700 manatı və ya 17,4 faizi isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 78,4 faizi emal, 19,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.