BAKI, 2 iyun. TELEQRAF
Ötən il “Brand Credit” Bank Olmayan Kredit Təşkilatının ümumi öhdəlikləri 4 milyon 419 min 947 manat təşkil edib ki, bunun da 3 milyon 372 min 503 manatı müddətli borc öhdəliklərinin payına düşüb.
Teleqraf bu barədə qurumun 2024-cü il maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, “Brand Credit” BOKT-un ümumi öhdəlikləri 2023-cü illə müqayisədə 21,8 faiz, müddətli borc öhdəlikləri isə 27,9 faiz artıb.
Qurum 2024-cü ildə müştərilərə 5 milyon 949 min 646 manat həcmində kredit və avans verib ki, bu da 2023-cü ilə nisbətən 14,5 faiz artım deməkdir. BOKT-un faiz gəlirləri artaraq 2 milyon 106 min 915 manat olub.