BAKI, 30 may. TELEQRAF
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələri üçün idman avadanlıqlarının (Lot1, Lot2, Lot3 və Lot4 üzrə) alınmasına toplam 1 milyon 944 min 198 manat xərcləməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, qurum müvafiq işlər üzrə tender elan edib və podratçı axtarışındadır.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi dörd lot üzrə iyunun 26-dır. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.